Naftalan şəhərində 30 yaşlı kişi intihara cəhd edib

03:20 01-11-2021 385

Naftalanda 30 yaşlı kişi sirkə turşusu içib.

"Report"un məlumatına görə, şəhər sakini, 1991-ci il təvəllüdlü E.Baxşəliyev yaşadığı evdə sirkə turşusu içərək özünü zəhərləyib.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. E.Baxşəliyevin vəziyyəti hazırda qənaətbəxşdir.

Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.