Hərbi təlim toplanışına cəlb edilən hərbi vəzifəlilər praktiki atışlar yerinə yetiriblər - VİDEO

17:20 01-11-2021 495

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən “N” nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.

Nazirlikdən bildirib ki, plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif çaplı silahlardan təyin olunan hədəflərə atışlar icra ediblər.

Toplanışda qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.