Sərnişinlərdən COVID-19-a qarşı vaksin tələb olunur – VİDEO

21:20 01-11-2021 342

Bu gündən şəhərlərarası sərnişindaşımada COVID-19-a qarşı iki doza peyvənd və yaxud immunitet sertifikatının olması tələb olunur. 

Nazirlər Kabinetinin sentyabrın 24-də qəbul etdiyi qərara əsasən, noyabrın 1-dən etibarən istər paytaxtdan regionlara, istərsə də əks istiqamətə səfər edən sərnişinlərin hər iki doza peyvənd olunması və ya immun sertifikatının olması tələb olunur. 

Bakı Beynəlxalq Avtovağzal kompleksinin daxilində tibbi məntəqə yerləşir. Əgər vətəndaş birinci doza vaksin olunubsa, ikinci dozanın vaxtıdırsa, prosesi avtovağzalda həyata keçirmək mümkündür.

Daha ətraflı Baku TV-nin süjetində: