Kit Harrinqton “Taxt Oyunları” və “Əbədilər”i müqayisə etdi - FOTO

04:00 02-11-2021 425

Bu yaxınlarda Xloya Çjaonun “Əbədilər” (“Eternals”) filmində rol alan britaniyalı aktyor Kit Harinqton “Marvel” blokbasterindəki təcrübələrini HBO-nun fentezi-serialı “Taxt Oyunları” (“Game of Thrones”) ilə müqayisə edib.

“Taxt oyunları”nda “Con Snou” rolunu oynayan aktyorun sözlərinə görə, məşhur serialı onun üçün maraqlı edən cəhət filmin əsasən real məkanlarda çəkilməsi olub.

“Əbədilər”də “Deyn Uitman” (“Qara cəngavər”) roluna təsdiqləndikdən sonra isə o, özü üçün qeyri-adi olan yaşıl örtüklü pavilyon çəkilişlərinə hazırlaşır. Ancaq gözlədiyi kimi olmayıb. Belə ki, adətən komyuter qrafikləri və uydurulma ərazilərlə bağlı Marveldə bu dəfə fərqlilik olub, çünki rejissor işinə qeyri-adi şəkildə yanaşıb.

“Xloya çox müstəqil çəkiliş aparır. Çəkiliş zamanı çox hərəkətli kameradan istifadə edirdik, hansı ki, demək olar hər bir hərəkətimizi izləyirdi. Əlbəttə, koronavirusa görə bəzi məhdudiyyətlərlə üzləşmişdik, bununla belə bizə azadlıq da verilmişdi. Və bu mənim xoşuma gəlirdi. Müasir geyimdə idim, döşəmədə işarələrlə hərəkətlərimiz məhdudlaşdırılmırdı”, - deyə Harrinton xatırlayıb.

Harrinqton həmçinin bildirib ki, “Taxt oyunları”nda keçirdiyi vaxt onu “Marvel” filmində çəkilişə daha yaxşı hazırlaşmasına gətirdi.

“Mən sirr saxlamağı öyrəndim”, - deyə o, vurğulayıb.

Həqiqətən də aktyor “Taxt oyunları”nda iki böyük intriqanı - onun personajı beşinci mövsümdə taleyi və finalını KİV-ə açıqlamamışdı. Bu səbəbdən sirri qorumaq barədə müqavilənin bağlanıldığı “Marvel” filmi onun üçün çətin olmayıb.

Qeyd edək ki, “Əbədilər”də min illər boyu bəşəriyyəti müxtəlif təhlükələrdən qoruyan ölməz yadplanetli irqin nümayəndələrindən bəhs edirlər. Harinqtonla birlikdə filmdə Ancelina Coli, salma Hayek, Riçard Medden, Cemma Çan, Brayan  Tayri Henri və başqaları iştirak edir.

Mənbə: The Playlist