Bərdədə qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldı - FOTO

15:00 02-11-2021 396

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən gün qəbiristanlıqdan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Qaradəmirçi kəndində yerləşən qəbiristanlıqdan oğurluq edən, əvvəllər məhkum olunmuş rayon sakini Elnur Mikayılov saxlanılıb.

Onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman oradan oğurladığı dəmir barmaqlıqlar maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.