“YAŞAT” Fondundan narazı qazi ilə bağlı AÇIQLAMA

16:40 02-11-2021 403

Vətən müharibəsi qazisi aidiyyəti qurumların sağlamlığına biganə olmasından narazıdır.

O bildirib ki, onun sağlamlığı üçün köməklik göstərilmir.

“YAŞAT” Fondudan HerGun.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qazimiz Əliyev Heydər Zakir oğlunun birinci müraciəti məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə olub:

“Onun cari bank hesabına 2021-ci ilin 11 iyun tarixində 2 200 AZN (iki min iki yüz manat) vəsait köçürülüb. Qazimizin növbəti müraciəti müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə olub, onun Bakı Sağlamlıq Mərkəzindəki 36 AZN (otuz altı manat) dəyərindəki tibbi xərci fond tərəfindən ödənilib.

Qazimiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vasitəsi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasında da müayinə edilib”.

“Qazimizin müalicəsinin ölkə daxilində aparılmasının mümkün olmaması barədə həkimlər tərəfindən rəy verilib, müayinə nəticələri Türkiyə Respublikasındakı xəstəxanalara göndərilib. Türkiyədəki tibb müəssisələri tərəfindən qazimizin onlar tərəfindən müalicə edilə biləcəyi barədə rəy verildiyi təqdirdə şəxs ölkə xaricinə göndəriləcək”, - deyə qurumdan qeyd edilib.

İlhamə Əbülfət