Bakıda sərxoş avtoservis işçisi "Niva"nı oğurladı

15:27 21-08-2019 1122

Bakıda avtoservis ustasının sərxoş köməkçisi avtomobil oğurlayıb.

Bu barədə HerGun.Az-a Nərimanov Rayon Polisinin İdarəsindən bildirilib.

Hadisə avqustun 20-nə keçən gecə, Şıxəliyev küçəsində yerləşən avtoservisdə baş verib.

Ustanın köməkçisi Saatlı rayon sakini, 1992-ci il təvəllüdlü Qasımov Tərlan Məmməd oğlu "Azevrostar" şirkətinə məxsus "Niva" markalı avtomobili oğurlayıb.

20 dəqiqə sonra Təbriz küçəsində oğru polis tərəfindən saxlanılıb, lakin cinayətkar hüquq mühafizəçilərinin əlindən qaçmağı bacarıb.

Polis avtomobili cərimə meydançasına yerləşdirib, T.Qasımov isə tez bir zamanda yaxalanaraq məsuliyyətə cəlb olunub.

Ramella İbrahimxəlilova