İlon Maskın Çin dilində paylaşımı müzakirələrə səbəb oldu - FOTO

23:00 02-11-2021 480

Sosial media hesabında maraqlı açıqlamaları ilə müzakirələrə səbəb olan amerikalı biznesmen İlon Mask bu dəfə Çin dilində şeir paylaşımı ilə diqqət çəkib.

Mask “Twitter” və “Weibo” hesablarında Çində ibtidai məktəblərdə öyrədilən və anlaşmanın vacibliyini izah edən “Seven Steps Verse” adlı şeirin qısaldılmış versiyasını “humankind” (bəşəriyyət) qeydi ilə paylaşıb.

Maskın paylaşımı Çinin “Twitter” sosial şəbəkəsi olan “Weibo”da yayılıb. Qısa müddətdə 100 milyondan çox baxış toplayan paylaşım sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bəzi sosial media istifadəçiləri paylaşımları ilə kriptovalyuta bazarlarında hərəkətə səbəb olan Maskın son paylaşımında iki rəqib it simvollu kriptovalyutanı- “shiba inu” və “dogecoin”u nəzərdə tutduğunu əsas gətirib.

Çin mediası isə Maskın bu paylaşımının dünən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) ilə bağlı verdiyi açıqlama ilə əlaqədar ola biləcəyini bildirib.

Digər tərəfdən Maskın paylaşdığı şeirdə Çində 3 İmperatorluq dövründə kral ailəsindən olan 2 qardaşın münasibəti açıqlanır.