Ölkə üzrə “Buster” doza vaksinasiya olunanların sayı AÇIQLANDI - FOTO

15:20 03-11-2021 375

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 561 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 418, “Buster” doza vaksinasiya olunanların sayı 28 880 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 753 825, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 973 724, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 397 065,  “Buster” doza vaksinasiya olunanların ümumi sayı isə 383 036 təşkil edir.