“Meta” ticarət nişanı “Facebook”a əqli mülkiyyət iddiası irəli sürdü

05:40 04-11-2021 434

ABŞ şirkəti “Meta” ticarət nişanının hüquqlarını “Facebook”a minimum 20 milyon dollara güzəştə getmək niyyətindədir.

Qeyd olunur ki, kompüter, noutbuk və proqram təminatı satan “Meta PCs” bir həftə əvvəl xüsusi diqqət mərkəzində olmayan sıradan bir pərakəndə satış şəbəkəsi idi.

Lakin Mark Zukerberqin “Facebook”un adını “Meta” ilə əvəz edəcəyini elan edəndən sonra sözügedən pərakəndə satış şirkəti dünyanın ən böyük texnologiya nəhənginə əqli mülkiyyət hüququ iddiası irəli sürüb.  

“Meta PCs” artıq cari ilin avqust ayında ticarət nişanının qeydiyyatı üçün müvafiq qurumlar müraciət edib.

Arizonadan olan kompüter satıcılarının sözlərinə görə, şirkət onun adına olan mülkiyyət hüquqlarını 20 milyon dollardan aşağı qiymətə satmaq niyyətində deyil.

Mənbə:  “The Guardian”