İndoneziyada sel: 11 nəfər itkin düşdü - FOTO
01:40 05-11-2021 441
İndoneziyanın Yava adasında şiddətli yağışlar selə səbəb olub.
Beş kənd suyun altında qalıb.
Yayılan məlumata görə, 15 nəfər sel sularına təslim olub. Onlardan 4-ü xilas edilib, 11 nəfər isə itkin düşmüş hesab olunur.
Elektrik təchizatının dayandırıldığı bölgədə axtarış xilaetmə tədbirləri davam etdirilir.
Mənbə: TRT