Yaponiyada itlərlə pis davranan şəxslər saxlanılıb
02:40 05-11-2021 420
Yaponiyanın Naqano prefekturasında itlərlə pis rəftar edən iki kişi saxlanılıb.
Onlar itlər üçün ayrılmış xüsusi sığınacaqda 450 itlə pis rəftar etməkdə şübhəli bilinirlər.
Sığınacaqda aparılan araşdırma nəticəsində məlum olub ki, heyvanlar nəzərdə tutulandan dəfələrlə dar qəfəslərdə saxlanılıb.
Həmçinin heyvanlarda əsasən katarakta, korluq və ya digər göz xəstəliklərinin əlamətləri aşkar edilib.
Mənbə: Kyodo News