Azərbaycanda baş həkim işdən çıxarıldı

16:00 05-11-2021 374

“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru İlham Mustafayev vəzifəsindən azad edilib.

HerGun.Az xəbər verir ki, bununla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədr əvəzi Vüqar Qurbanov əmr imzalayıb. 

Şirvan RMX-dan HerGun.Az-a bildirilib ki, direktor İlham Mustafayevlə bağlanmış əmək müqaviləsinin müddəti bitib, onunla yeni müqavilə bağlanmayıb.

Xəstəxanaya yeni direktor təyinatı yoxdur.

Könül Cəfərli