Bakı Zəfər bayramına hazırlaşır - FOTO

19:00 06-11-2021 466

Azərbaycan Ordusunun Qarabağda 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda son hazırlıq işləri aparılır.

HerGun.Az xəbər verir ki, Zəfər Günü münasibəti paytaxtın əsas küçə və prospektlərində, binaların eyvanında bayraqlar asılıb.

Şəhər insanları yenidən qələbə sevincinə kökləyir.

Qeyd edək ki, 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək. Yürüş noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev