Şuşada "Mədəni irsin qiymətləndirilməsi" mövzusunda panel keçirilib

16:20 07-11-2021 317

Bu gün Şuşada VIII Bakı Qlobal Forumu çərçivəsində "Mədəni irsin qiymətləndirilməsi" mövzusunda sonuncu panel keçirilib.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, “Qarabağ” otelində keçirilən panelin moderatoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldindir.

Paneldə mədəni irsin qorunması və investisiyalardan bəhs edən təqdimat keçirilib.

Həmçinin qonaqların Azərbaycanın mədəniyyət mərkəzinin görməli yerləri ilə tanışlığı gözlənilir.