Azərbaycanda ikiaylıq körpə küçəyə atıldı – FOTO

19:20 07-11-2021 356

Gəncə şəhərində ikiaylıq uşaq küçəyə atılıb.

HerGun.Az xəbər verir ki, qız uşağı olan körpəni küçədən keçən şəxslər tapıb və o, 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib.

Körpə müayinə olunub və hazırda vəziyyəti normaldır. O, suni qida alır, hər hansı bir xəstəliyi yoxdur.

Körpənin çəkisi 4 kq-dan artıqdır, boyu 58 santimetrdir.