Bakıda ana və qızını avtomobil vurdu

01:40 08-11-2021 337

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Kürdəxanı qəsəbəsində yolu keçən 1965-ci il təvəllüdlü Sadığova İradə Məmmədəli qızını və onun 40 yaşlı övladı olan Abbasova Yeganə Ziyad qızını avtomobil vurub.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.