Şəmkirdə ağır qəza: Avtomobil çaya düşdü - FOTO

12:00 08-11-2021 323

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil Çinarlı qəsəbəsində sərt döngədə idarəetməni itirərək 30-40 metrdən Şəmkir çayına düşüb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.