Zəfər gününü qeyd edən Şəhid balaları – VİDEO

19:20 08-11-2021 320

Vətən Müharibəsində qazandığımız qələbənin bir ilində bu torpaq üçün canından keçən oğullarımızın övladlarını yaddan çıxarmaq olmaz. Zəfər günü qeyd etməyə əsl layiq olanlar da elə onlardır. 

“30 ildir işğalda olan torpaqlarımızı atam və atam kimi əmilər işğaldan azad etdi”

Bu sözləri şəhid övladı Rüqəyya Abdullayeva deyib. 

Atalar öz övladları üçün qəhrəmandır. Amma şəhid övladlarının ataları bütün xalqın qəhrəmanıdır. Öz canları bahasına 200 ildə xalqımızın, dövlətimizin ən şərəfli tarixini yazan, illərdir düşmən tapdağında inləyən torpaqlarımızı bizə qaytaran, işğala son qoyan qəhrəmanlar. Elə buna görə də bu balaların gözündən kədər sevinclə birgə boylanır.

Daha ətraflı Baku TV-nin süjetində: