Malayziyada Zəfər Günü şərəfinə aksiyalar keçirilib– VİDEO

01:00 09-11-2021 360

Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ildönümü müsəlman ölkələrində də müxtəlif aksiyalarla qeyd olunub.

Belə aksiyalardan bir neçəsi də Malayziyada təşkil edilib.

Ölkə paytaxtı Kuala-Lumpurdakı hündürmərtəbəli binalardan biri ölkəmizin bayrağı ilə işıqlandırılıb və üzərində müvafiq yazılar əks olunub.

Həmçinin, analoji videoçarxlar şəhərdəki reklam lövhələrində də yayımlanıb.

Görüntülər sosial şəbəkələrdə yayılıb.