Göyərtəsində 14 nəfərin olduğu gəmi fırtınaya düşdü – VİDEO
13:20 09-11-2021 628
Panama bayrağı altında üzən “Rise Shine” konteyner gəmisi Rusiyanın Primorsk diyarı yaxınlığında fırtınaya düşüb və saya oturub.
Gəminin kapitanı ekipajın həyatına təhlükə olması ilə əlaqədar siqnal ötürüb.
Gəminin göyərtəsində 14 nəfərin olduğu bildirilir.
Verilən son məlumata əsasən, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin bölmələri gəmiçilərin xilas edilməsi istiqamətində hərəkətə keçib.
Mənbə: Life Shot “Telegram” kanalı