Ağsuda avtomobil piyadanı vurub

22:00 09-11-2021 339

Ağsuda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

”Report” xəbər verir ki, hadisə Vidadi küçəsində qeydə alınıb.

Ağsu rayon sakini, 37 yaşlı Mustafayev Anar Füzuli oğlu yolu keçərkən “VAZ-2106” markalı avtomobil onu vurub.

Yaralı ətrafdakı insanların köməyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.