Rusiyada S-550 yeni zenit-raket sistemi hazırlanır
22:20 09-11-2021 329
Rusiyada yeni S-550 zenit-raket sistemi hazırlanır.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda noyabrın 1-3-də Soçidə keçirilən müşavirələr zamanı Rusiya prezidenti Vladimir Putinin ordunun qabaqcıl S-350, S-500 və S-550 HHM və RHM sistemlərilə təchizatının vacibliyini xüsusi olaraq vurğuladığı bildirlib.
Yeni sistemin detalları barədə hər hansı bir informasiya verilməyib.
Mənbə: “RİA Novosti”