Sumqayıtda partlayış zamanı üç nəfər xəsarət alıb - FOTO

23:20 09-11-2021 342

Sumqayıtdakı müəssisələrin birində partlayış olub.

APA xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının törəmə şirkəti olan “STP AH” MMC-də baş verib.

Müəssisədəki metaləridən qazanda əmələ gələn qazın dalğasından partlayış yaranıb. Orada olan 3 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır.