Ucarda məktəb distant təhsilə keçib

00:00 10-11-2021 344

Azərbaycanda daha bir məktəb distant təhsilə keçib.

APA xəbər verir, Ucar şəhər Qazyan kənd 1N-li tam orta məktəb 10 noyabr 2021-ci il tarixindən 14 gün müddətinə distant təhsilə keçəcək.

Buna səbəb məktəbdə əsasən şagirdlər arasında COVİD-19 infeksiyasına yoluxmanın olmasıdır.

Faktı Ucar Rayon Təhsil Şöbəsinin rəhbərliyi də təsdiqləyib.