Cəlilabadda sürücü velosipedçini hadisə yerindən uzaqlaşıb

00:20 10-11-2021 349

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Uzuntəpə kəndiində qeydə alınıb. Naməlum avtomobil velosipedçi Səid Məsdalıyevi vuraraq hadisə yerindən uzaqlaşıb. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.