“Taliban” üzvləri bir-birinə “Kalaşnikov”la hücum etdi – VİDEO
00:40 10-11-2021 377
Əfqanıstanın paytaxtı Kabildə bir qrup “Taliban” silahlısı arasında insident yaşanıb.
Görüntüləri əfqanıstanlı siyasi fəal Nilüfər Əyyubi ictimailəşdirib.
Videoda bir qrup “Taliban” silahlısının “Kalaşnikov”un qundağından istifadə etməklə bir-birinə zərbələr endirdiyi əks olunub.
Hadisənin hansı səbəbdən baş verdiyi qeyd edilməyib.
Mənbə: “Sputnik” Əfqanıstan