Saakaşvilidən gözlənilməz təklif

00:54 23-06-2019 595

Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ali Rada deputatlarının sayını azaltmağı təklif edib.

«112 Ukraina» xəbər verir ki, Saakaşvili Ali Radada 150 deputatın təmsil olunmasını məqsədəuyğun sayır.

“Bundan artıq Ukraynaya lazım da deyil. Bu insanların əksəriyyətini heç kim tanımır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, hazırda Ali Rada 450 deputatdan ibarətdir.