Britaniya vətəndaşlarında koronavirusun yeni “Omikron” ştamı aşkarlanıb

07:00 28-11-2021 394

Böyük Britaniyada yeni “omikron” ştammına iki yoluxma halı aşkar edilib.

Bu barədə Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid məlumat yayıb.

Nazir qeyd edib ki, hər iki şəxs hazırda özünü təcrid rejimindədirlər və onlarla mütəmadi təmas yaradılır.

Böyük Britaniyanın səhiyyə naziri əlavə edib ki, yoluxma aşkarlanan ərazilərdə test-analizləri həyata keçiriləcək.

Qeyd olunur ki, “omikron” virusuna yoluxma halı Böyük Britaniyanın Çelmsford və Nottinqem şəhərində qeydə alınıb.

Xatırladaq ki, Afrikanı cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “omikron” hərfi ilə adlandırıb.

Bu ştamın yoluxma riskinin yüksək olduğu bildirilir.

Mənbə: Sky News