ABŞ-da canavarlar avtomobil yollarını daha təhlükəsiz edir

02:00 29-11-2021 388

ABŞ alimləri ölkədə canavarların sayının artması ilə avtomobil yollarındakı təhlükəsizlik arasında əlaqə olduğunu müəyyənləşdiriblər.

Belə ki, yırtıcıların çoxalması ölkədəki maralların sayına mənfi təsir edib. Maralların azalması sayəsində isə yollarda avtomobillərlə bu heyvanların toqquşması nəticəsində yaranan qəzalar da azalıb.

Qeyd edək ki, ABŞ Elmlər Akademiyasının statistikasına əsasən, hər il avtomobillərin marallarla toqquşması 29 min nəfərin xəsarət almasına, 200 nəfərin ölümünə və 100 milyard dollar maddi zərərə yol açır.

Mənbə: motor.ru