Tovuzda ağır yol qəzası: Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - FOTO

04:00 29-11-2021 398

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Fəxri Əfəndiyev dünyasını dəyişib.

Daha iki nəfər, digər avtomobilin sürücüsü Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova xəsarət alıb.

Qeyd edək ki, hadisə Tovuz rayon "Qala" adlanan ərazidə iki "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.