Messi Levandovskiyə: ““Qızıl top” sənə verilməlidir”

02:00 30-11-2021 381

PSJ və Argentina millisinin hücumçusu Lionel Messi yeddinci “Qızıl top”unu qazandıqdan sonra Robert Levandovskiyə müraciət edib.

“Mən Robert Levandovskini ayrıca qeyd etmək istərdim. Səninlə yarışmaq böyük şərəfdir. Hamı bilir ki, keçən il qalib sən olmuşdun. Düşünürəm ki, “France Football” sənə 2020-ci il üçün “Qızıl top” verməlidir. Sən buna layiqsən. O, sənin evində olmalıdır” , - deyə Messi səhnədən bildirib.

Xatırladaq ki, pandemiya səbəbindən ötənilki mərasim ləğv olunub.