Pakistanda 30 avtomobil bir-birilə toqquşdu - VİDEO

04:00 01-12-2021 577

Pakistanda dumanlı hava zəncirvari qəzaya səbəb olub.

Ölkənin Şeyxupura şəhəri yaxınlığındakı M2 magistral yolunda ən azı 30 avtomobil bir-biri ilə toqquşub.

Hadisə zamanı yaralanan 20 nəfər xəstəxanalara çatdırılıb.

Baş verən qəzadan sonra magistral yolda uzun tıxac yaranıb.