Qazilərimiz idmana cəlb olunurlar: Rusiyada təlim-məşq toplantısı - FOTO

00:00 05-12-2021 360

Qazilərimiz ilk dəfə olaraq qış idman növləri üzrə məşqlərdə iştirak ediblər.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Rusiya Federasiyasının Ufa şəhərində keçirilən təlim-məşq toplantısında milli komandamıza yeni cəlb edilmiş qazilərimiz iştirak edirlər.

Qış idman növləri haqqında qazilərimizə ətraflı məlumat verilib və onlar bu gün ilk dəfə xizək üzərinə çıxıblar.

Qış idman növləri üzrə təlim-məşq toplantısı 17 dekabr tarixinədək keçiriləcək. Digər qazilərimizin də idmana cəlb edilməsi ilə bağlı işlər davam etdirilir.