Tiaqo Silva “Çelsi”nin tarixinə düşdü

07:00 05-12-2021 382

Tiaqo Silva “Vest Hem”lə görüşdə fərqlənməklə “Çelsi”nin tarixinə düşüb.

Qarşılaşmada hesabı açan futbolçu 37 yaş 73 günündə qol vurmaqla “Çelsi”nin tarixinin qol vuran ən yaşlı futbolçusuna çevrilib.

Bununla da o, Didiye Droqbanın 2015-ci ildə “Lester”lə qarşılaşmada (37 yaş 49 gün) təyin etdiyi rekordu geridə qoyub.

Xatırladaq ki, qarşılaşma “Vest Hem”in 3-2 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: Sports.ru