Təbrizin “Traktor” klubunun sabiq futbolçusu ölüb

21:00 05-12-2021 379

İranlı futbolcu Navid Xoş Hava 30 yaşında vəfat edib.

“PAS Həmədan” klubunun formasını geyinən idmançı ürək tutması səbəbindən ölüb.

Ərdəbildə doğulan oyunçu peşəkar karyerasına 2012-ci ildə Təbrizin “Traktor” klubunda başlayıb.

2013-cü ildə İranın 23 yaşınadək gənclərdən ibarət milli komandasında çıxış edib. Mərhum futbolçu müdafiəçi mövqeyində oynayıb.

Mənbə: “Haber Global”