Şahmat tacı uğrunda mübarizə: Karlsen ikinci dəfə qalib gəldi

23:00 05-12-2021 398

Rusiyalı qrossmeyster Yan Nepomnyaşi və norveçli Maqnus Karlsen arasında dünya şahmat tacı uğrunda mübarizənin səkkizinci partiyası ikincinin qələbəsilə nəticələnib.

Hazırda ümumi hesab 5:3 norveçlinin xeyrinədir.

Qeyd edək ki, şahmatçılar arasında ilk beş və yeddinci partiyalarda heç-heçə qeydə alınıb. Altıncı və səkkizinci partiyalarda isə Karlsen üstün olub.

Qeyd edək ki, növbəti partiya dekabrın 7-də baş tutacaq.

Mənbə: TASS