Basketbolun “üsyançılar”ı geri qayıtdı

15:00 07-12-2021 381

Basketbol üzrə Azərbaycan çempionatının iştirakçılarının sayı və adları bilinib.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, yeni mövsümdə 6 komanda mübarizə aparacaq.

Bunlar koronavirusa görə yarımçıq dayandırılan çempionatın son qalibi elan edilmiş “Zirvə-Astara”, “80-lər”, “Alov”, NTD, “Sıçrayış” və “Xırdalan” komandalarıdır.

Bunlardan NTD komandasının adı daha çox diqqəti cəlb edir. Belə ki, 2019-cu ilin yanvarında bu komandanın prezidenti Bəhram Abdinov Azərbaycan Basketbol Federasiyasının rəhbəri Nadir Nəsibovdan narazı olduğunu əsas gətirərək çempionatda iştirakdan imtina etmişdi.

Nəticədə bu komanda sonuncu keçirilmiş və pandemiyaya görə yarımçıq dayandırılmış 2019/2020 mövsümündə iştirak etməmişdi.

Bizdə olan məlumata görə, NTD komandası özü federasiya rəhbərliyinə müraciət edərək çempionatda iştirak etmək istədiyini bildirib.

Qeyd edək ki, NTD komandasının baş məşqçisi basketbol millimizin sabiq üzvü Tahir Baxşıyevdir.

Səbuhi Musayev