ÇL: “Atletiko” pley-offa, “Borrusiya” və “Porto” isə Avroliqaya vəsiqə qazandı – VİDEO

02:00 08-12-2021 420

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda daha altı qarşılaşma başa çatıb.

B,C və D qruplarında baş tutan matçlardan sonra turnirin pley-off mərhələsinin sonuncu iştirakçısı, eləcə də Avropa Liqasına vəsiqə qazanan komandaların adlarına aydınlıq gəlib.

B qrupunda şans Madrid “Atletiko”sonun üzünə gülüb. Komanda qrup ikincisi olaraq ÇL-in pley-off mərhələsinə çıxıb.

Həmçinin, Avroliqaya vəsiqəni ötən tur təmin edən “Şerif”in ardından “Borrusiya” (Dortmund) və “Portu”nun da mübarizəni məhz adıçəkilən turnirdə davam etdirəcəyi təsdiqlənib.

“Milan” isə Avrokuboklardakı çıxışını dayandıran “Beşiktaş” və “Şaxtyor”a qoşulub.

UEFA Çempionlar Liqası

VI TUR

B qrupu

“Milan” - “Liverpul” 1:2

“Porto” - “Atletiko” 1:3

C qrupu

“Ayaks” - “Sportinq” 4:2

“Borussiya” - “Beşiktaş” 5:0

D qrupu

“Real” - “İnter” 2:0

“Şaxtyor” - “Şerif” 1:1