“Kraliçanın Qambiti”nin ssenari müəllifi gürcü şahmatçı barədə təhrifi etiraf etdi - FOTO/VİDEO

06:00 08-12-2021 577

“Kraliçanın Qambiti”nin (“The Queens Gambit”) ssenari müəllifi və prodüseri Skott Frank məhkəmədə təsdiqləyib ki, serialda gürcü şahmatçısı Nona Qaprindaşvili ilə bağlı faktlar qəsdən dəyişdirilib. Bu barədə “Netflix”ə qarşı iddiasında şahmatçının maraqlarını müdafiə edən vəkil Maya Mtsariaşvili bildirib.

“Skott Frank müəyyən halları təsdiqləməyə məcbur oldu. O, Nona Qaprindaşvilinin real insan olduğunu bilirdi, həm də bilirdi ki, o, peşəkar karyerasının çox hissəsində kişilərlə oynayıb, lakin bu vəziyyət (mini-serialda) qəsdən dəyişdirilib”, - deyə Mtsariaşvili əlavə edib.

Hüquqşünasın sözlərinə görə, serialın yaradıcıları da Qaprindaşvilinin sovet şahmatçısı olduğunu bilirdi, lakin serialda onu “rus” adlandırırdılar, çünki amerikalılar çox vaxt SSRİ vətəndaşlarını sadəcə olaraq “ruslar” adlandırıblar.

Mtsariaşvili onu da qeyd edib ki, “Netflix” məhkəmədən iddiaya son qoymağı xahiş edib, lakin onların vəsatəti təmin edilməyib və növbəti şifahi dinləmə 2022-ci il yanvarın 24-nə təyin edilib.

Xatırladaq ki, sentyabr ayında şahmat üzrə qadınlar arasında beşinci dünya çempionu Nona Qaprindaşvili “Kraliçanın Qambiti” serialını yayımlayan “Netflix”I  . Belə ki, serialda Qaprindaşvilinin heç vaxti kişilərlə oynamadığı bildirilib. Gürcü şaxmatçının sözlərinə görə, halbuki 1968-ci ilə qədər 10-u qrossmeyster olmaqla, kişilərlə ən azı 59 partiya oyun keçirib. Həmçinin, Qaprindaşvilinin filmdə gürcü deyil, rus kimi tanıdılması xoşuna gəlməyib. Bununla bağlı o, 5 milyon dollar (təxminən - 8 500 000 manat) təzminat və kişi şahmatçılarla heç vaxt oynamadığı barədə replikin serialdan çıxarılmasını tələb edir.