Bayden Rusiyanın Ukraynaya mümkün hücumu qarşılığında ABŞ-ın nə edəcəyini açıqladı

23:00 08-12-2021 363

ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı birtərəfli qaydada güc tətbiq etməyəcək.

Bunu ölkə prezidenti Co Bayden bildirib.

Dövlət başçısı qeyd edib ki, Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə ABŞ NATO ölkələrindəki hərbi mövcudluğunu genişləndirəcək və Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək.

Həmçinin, Bayden bəyan edib ki, ABŞ və NATO-nun fövqəladə vəziyyətlərdə Ukraynanın müdafiəsi üçün hərbçilərini göndərmək kimi bir öhdəliyi yoxdur.

Mənbə: “RİA Novosti”