Gürcüstanın səhiyyə naziri vəzifəsindən istefa verib

22:00 09-12-2021 369

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Yekaterine Tikaradze vəzifəsindən istefa verib.

Bu barədə o, keçirdiyi xüsusi brifinqdə məlumat verib.

Y.Tikaradze istefasının səbəbləri barədə məlumat verməyib. O, səhiyyə sektorunda çalışanlara əməkdaşlığa görə minnətdarlığını bildirib və nazirliyə rəhbərlik etdiyi dövrdə əldə olunmuş nailiyyətlərdən danışıb.

Y.Tikaradze nazir vəzifəsini 2019-cu ilin iyunundan tutub. O, bundan sonra hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasında fəaliyyətini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, son günlər nazir Yekaterine Tikaradze ilə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze arasında koronavirusla mübarizə mövzusunda ciddi qarşıdurma yaranmışdı. Bəzi məlumatlara görə, nazir ciddi təzyiqlərlə üzləşib.