Yeni Zelandiyada siqaret satışı ömürlük qadağan ediləcək

01:00 10-12-2021 387

Yeni Zelandiya siqaretdən tamamilə imtina etmək üçün gənclərə tütün satışını qadağan edəcək.

Gələn il qəbul edilməsi gözlənilən qanuna əsasən, 2008-ci ildən sonra doğulanlar bütün ömürləri boyu siqaret və ya tütün məmulatı ala bilməyəcəklər.

Qeyd edək ki, bu qadağa Yeni Zelandiyanın Səhiyyə Nazirliyinin elan etdiyi siqaretdən imtina ilə bağlı iddialı tədbirlər planının bir hissəsidir. Ölkə ictimaiyyəti, xüsusən də həkimlər və digər səhiyyə ekspertləri tütünə əlçatanlığı azaldacaq və siqaretdə nikotinin səviyyəsini məhdudlaşdıracaq islahatları alqışlayırlar.

Mənbə: BBC