UEFA Superkuboku matçı Ukraynada keçirilə bilər

03:00 10-12-2021 370

Ukrayna 2024 və ya 2025-ci illərdə futbol üzrə UEFA Superkuboku qarşılaşmasını keçirməkdə maraqlıdır.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferinlə görüşü zamanı bildirib.

Çeferin Kiyevə Ukrayna Futbol Assosiasiyasının 30 illik yubileyi münasibətilə gəlib.

Zelenski Avropa futbolunun rəhbərinə Ukraynada futbol infrastrukturunun inkişafı üzrə layihələrin həyata keçirilməsinə görə təşəkkür edib.

Dövlət başçısının sözlərinə görə, Ukrayna UEFA və digər idman təşkilatlarının himayəsi altında müxtəlif yarışların keçirilməsinə çalışır, eyni zamanda idmanın hər bir vətəndaş üçün cəlbedici və əlçatan olmasını təmin edir.

Görüşün sonunda Zelenski Çeferinə IV dərəcəli Knyaz Müdrik Yaroslav ordenini təqdim edib.

Mənbə: “Anadolu”