Rusiyada xokkey matçında kütləvi dava düşdü - VİDEO

05:00 10-12-2021 440

Samara vilayətində uşaq xokkey matçında baş verən kütləvi davanın videosu yayılıb.

Buz üzərində döyüş hesab 4:1-ə çatanda başlayıb.

Hadisə “Volqar” (Tolyatti) və “Kometa” (Samara) arasında Volqa Federal Dairəsi çempionatı çərçivəsində 2009-cu il təvəllüdlü uşaqlardan ibarət komandalar arasında keçirilən təkrar qarşılaşma zamanı qeydə alınıb.

Məlumat üçün bildirək ki tərəflərin ilk oyunu 5:4 hesabı ilə Tolyatti komandasının əzmkar qələbəsilə bitib.

Mənbə: ktv-ray.ru