Narkotik vasitə istifadə edib maşın sürən şəxslər SAXLANILDI

16:00 10-12-2021 399

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan VAZ-21011 markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən Biləsuvar rayon sakini H.Abdalzadənin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən H.Abdalzadənin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Biləsuvar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfində saxlanılmış digər sürücü, VAZ-2106 markalı avtomobillə hərəkətdə olan rayon sakini R.Məmmədovun olub. Həmin sürücünün də müayinə nəticəsində narkotik vasitədən istifadə etdiyi müəyyən edilib.

Hər iki şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.