Gəncədə avtomobil qəzasında iki qadın xəsarət alıb

02:00 11-12-2021 400

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.

Yük maşınının “VAZ-2107” markalı avtomobilə çırpılması nəticəsində minik maşınında olan sərnişinlər - 1984-cü il təvəllüdlü S.Məmmədova və 1993-cü il təvəllüdlü T.Zeynalova xəsarət alıb.

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Onların vəziyyəti kafi və qənaətbəxş hesab olunur.

Qəza nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib.

Hadisənin başvermə səbəbləri araşdırılır.