Merkelin fotosu faşist liderlərin plakatları ilə yanaşı asıldı - FOTO

03:00 11-12-2021 444

Polşanın paytaxtı Varşavada Almaniyanın keçmiş kansleri Angela Merkelin fotosu Adolf Hitler və Yozef Gebbelsin şəkillərinin əks olunduğu plakatlarla yanaşı asılıb.

Yerli kütləvi informasiya vasitələri xəbər verir ki, sözügedən təşəbbüs qalmaqallı polşalı rəssam Voytsex Korkuç tərəfindən həyata keçirilib.

Rəssam bununla Almaniyanın yeni xarici işlər naziri Annalena Berblokun Polşaya səfərinə etirazını ifadə edib.

Xatırladaq ki, Polşa İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə Almaniyadan 900 milyard dollar məbləğində kompensasiya tələb edir.

Mənbə: N-TV