Nyu-Yorkda maska ​​taxmaq tələbi bərpa edildi

04:00 11-12-2021 372

Nyu-Yorkda maska ​​taxma tələbi yenidən bərpa edilib.

Bu barədə ştatın qubernatoru Keti Hokul məlumat verib

Tələb şəhərdə COVID-19 pandemiyası ilə əlaqədar yoluxma hallarının artması səbəbindən bərpa olunub.

Maska taxma məcburiyyəti COVID pasportu tələb olunmayan ictimai qapalı məkanlara şamil edilib.

Qubernatorun sözlərinə görə, maska ​tələbini pozanlar min dollaradək cərimə oluna bilər.

Qeyd edək ki, hazırda ABŞ-ın Vaşinqton, Oreqon, İllinoys, Nyu-Meksiko, Nevada və Havay ştatlarında da qapalı yerlərdə maska ​​taxmaq tələb olunur.

Mənbə: TRT