Operatorun güllələndiyi filmin taleyi ilə bağlı müraciət - FOTO

05:00 11-12-2021 409

Məşhur aktyor Alek Bolduin tərəfindən təsadüfən operator Qalina Hatçinsin  “Pas” (“Rust”) filminin yaradıcı komandası çəkilişləri davam etdirməyə çağıran məktub imzalayıb.

Mesajın mətni Bolduinin “Instagram” səhifəsində yerləşdirilib.

“Pas” filminin çəkilişi zamanı iş qrafikimiz və maaşımız ədalətli və gözləntilərə uyğun idi”, - deyə məktubda bildirilir.

Məktubda daha vacib şeylərə diqqət yetirmək xahişi var.

“Pas” filminin çəkilişini nizamsız, təhlükəli və istismar xarakterli iş kimi qələmə vermək səhvdir. Bu diqqəti ən vacib olandan – Qalina Hatçinsin xatirəsindən və kino sənayesində köhnəlmiş təhlükəsizlik texnologiyası, həmçinin odlu silahlarla işləmək texnologiyasının müasirləşdirilməsi zərurətindən yayındırır”, – deyə çəkiliş qrupunun üzvləri yazıb.

Bundan əvvəl filmin rejissor assistenti Memi Mitçell və baş işıqçı Serj Svetnoy Bolduini, filmin prodüserlərini və silahla işləyən texnikə qarşı məhkəmə iddiası qaldırmışdı.

Mənbə: TASS